Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi olub.

Ali təhsil müəssisəsindənOpen.az-a bildirilib ki, Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov qəbul imtahanında ən yüksək nəticə (95 bal) toplayıb.

O, Bakı Ali Neft Məktəbinin bakalvr pilləsinə 2015-ci ildə 678 balla qəbul olub.