UFAZ (Fransanın Strasburq və Azərbaycan - Fransa birgə universiteti) tələbələrinin semester imtahanlarının nəticələri Strasburq Universitetinin nəticələrindən yüksək olub.

Open.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, hər iki universitet tələbələrinə imtahanda eyni suallar verilib: "Cavabları isə həm azərbaycanlı, həm də fransız müəllimlər yoxlayıb".

Təhsil eksperti Kamran Əsədov isə bu müqayisənin doğru hesab etmir: " İngilis dili fransızların heç sevmədiyi və maraq göstərmədiyi dildir. Onlar bu dildə təhsilə də maraq göstərmir. Mən ona görə də, bu uyğunlaşmanı doğru hesab etmirəm. Çünki Azərbaycan tələbəsi ingilis dilində fransız tələbədən yaxşı bilir. Hətta bizimki ana dilindən də yaxşı bilir. Fransada ingilis dilində təhsil çox zərifdir".

Şəfiqə Nazimqızı