Avropa və Türkiyədən gələn daha 49 Azərbaycan vətəndaşının Gürcüstan vasitəsilə vətənə təxliyəsi təşkil olunub.

Bu barədə Open.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Hazırda Azərbaycan vətəndaşları avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır. Onlar Azərbaycan ərazisinə keçəndən sonra Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək.

Qeyd edək ki, bundan öncə 170 Azərbaycan vətəndaşının Gürcüstandan keçməklə Azərbaycana təxliyəsi təmin olunub.