Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib.

ATU-dan Open.az-a verilən məlumata görə, o, universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmrinə əsasən, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.

Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.