Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Open.az-a verilən məlumata görə, indiyə qədər ərizə verən abituriyentlərin sayı 57807-dir. I-IV qrup üzrə 50805 abituriyent ərizə verib. ONlardan 46233-ü Azərbaycan, 4572-i rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 21426 (19517nəfər Azərbaycan, 1909 nəfər rus bölməsi), II qrup üzrə 9339 (8359 nəfər Azərbaycan, 980 nəfər rus bölməsi), III qrup üzrə 16234 (15053 nəfər Azərbaycan, 1181 nəfər rus bölməsi), IV qrup üzrə 3806 (3304 nəfər Azərbaycan, 502 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 36774 nəfərdir, onlardan 34206 nəfəri Azərbaycan, 2568-i isə rus bölməsidir.