Şəhid və qazi ailəsinin üzvü olan 87 nəfər təhsil müəssisələrinə işə qəbul olunub.

Open.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, fevral ayında Təhsil Nazirliyi şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının 87 nəfər ailə üzvünü işlə təmin edib.