Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Open.az-a bildirilib ki, sentyabrın 26-27-də 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 12 olub.