Tanınmış türk aktyoru, şair, ssenarist və rejissor Yılmaz Erdoğanın "Bin Aşık Yılı Uzakta" adlı yeni kitabı nəşr edilib.

Open.az xəbər verir ki, 8 illik fasilədən sonra yeni kitabı ilə oxucularının görüşünə gələn Yılmaz Erdoğan, "Vizontele", Orqanize işler", "Kelebeğin Rüyası", "Ekşi Elmalar" bədii filmlərinin və "Kayıp Kentin Yakışıklısı", "Anladım", "Sahiler Düş Düşler Sahi" adlı şeirlər kitabının müəllifidir.

Qeyd edək ki, kürd əsilli türk aktyoru Yılmaz Erdoğan 1967-ci noyabrın 4-də Türkiyənin Hakkari vilayətində Nazim və Süheyla Erdoğanların ailəsində anadan olub. Yılmaz Erdoğanın böyük qardaşı Mustafa Erdoğan "Anadolu Atəşi" rəqs qrupunun rəhbəri, kiçik qardağı Deniz Erdoğan isə aktyordur.

Ülviyyə Həsənqızı

Yılmaz Erdoğan  Bin Aşık Yılı Uzakta