Türk kinosunun əfsanəvi aktyoru, "Yeşilçam"ın usta sənətkarı Cüneyt Arkın sosial media hesabından oğlanları Murat və Kaan Polatla çəkilmiş fotosunu paylaşıb.

Open.az xəbər verir ki, 82 yaşlı ustad sənətkar oğlanları ilə çəkilən iki fotonu yan-yana qoyaraq: "Murat, masmavi gülümsəyərək dünyaya gəldi. Bir il sonra sarı saçları, başdan aşağı çilli üzüylə Kaan Polat gəldi. Murat, bir gözüm, Kaan Polat, digər gözüm oldu. 40 il əvvəl-40 il sonra" yazıb.

Cüneyt Arkının kövrək paylaşımı hər kəs tərəfindən çox bəyənilib.

Ülviyyə Həsənqızı

Yeşilçam