67 yaşlı qonşusu Hüseyn Meriçi döyən məşhur türk müğənnisi Halil Sezai həbs edilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Anadolu Ədalət Sarayına polisin müşayiəti və vəkili ilə gələn müğənnidən 2 saat ifadə alınıb.

Sənətçi “silahla qəsdən yaralama” və “silahla hədələmə” maddələri üzrə həbs tələbi ilə məhkəməyə göndərilib. Sezai məhkəmənin qərarı ilə həbs edilib.