Türk televiziyasında yayımlanan və reytinqlərdə birincilik qazanan "Yasak Elma" serialının dördüncü sezonda da davam edəcəyi haqqında qərar alınıb.

Open.az xəbər verir ki, serialın dördüncü mövsümündə baş rollardan birinə Serenay Sarıkaya dəvət olunub.

Son zamanlar Cem Yılmazla yaşadığı eşq macərası ilə gündəmi zəbt edən məşhur ulduzun "Yasak Elma"dan gələn təklifi qəbul etdiyi, hətta müqaviləyə imza atdığı deyilir.

Qeyd edək ki, Serenay Sarıkaya "Medcezir" serialı ilə çox sevilib. Onun şöhrətini "Fi" internet serialında ifa etdiyi Duru obrazı daha da artırıb.

Hazırda "Yasak Elma"dan təklif alan aktrisa, çəkilişlərin məlum hadisələr başa çatdıqdan sonra başlayacağını bildirib.

Ülviyyə Həsənqızı

Yasak Elma