Yaraşığı ilə seçilən türk aktyoru Şükrü Özyıldız sosial media hesabından Budda heykəli çəkilmiş fotosunu paylaşıb.

Open.az xəbər verir ki, tətildə olan aktyor Budda heykəlini görüb, yanında poz verərək: "Karantindən əvvəl və sonra" söyləyib. Bununla da karantindən əvvəl kökələrək, Budda görkəmində olduğunu və sonra isə arıqlayaraq hazırki vəziyyətə gəlib çatdığını zarafat dili ilə hər kəsə bildirib.

İzləyiciləri isə Şükrü Özyıldızın ayaq barmaqları ilə bağlı şərhlər yazıblar. Aktyorun ayaq barmaqları hər kəsə qəribə görünüb.

Yaraşıqlı aktyorun Budda heykəli ilə fotosu: Karantindən əvvəl və sonra...