“Yeşilçam” filmlərinin sevilən aktrisası Fatma Girikdən sevənlərinə xoş xəbər var.

Open.az xəbər verir ki, 1 aydır xəstəxanada yatan aktrisanın səhhəti yaxşılaşmağa başlayıb.

O, bu gün Ankara şəhər xəstəxanasından evinə buraxılıb.

Fatma Girik hazırda yeriməkdə çətinlik çəksə də, yeriyə bilir.