Rusiyanın Əməkdar artisti, teatr və kino aktrisası və müğənni Yelena Kondulaynenin qolu sınıb.

Open.az xəbər verir ki, iyunun 24-də restoranda olan 62 yaşlı aktrisanın qəflətən halı pisləşmişdi. İnsult diaqnozu ilə təcili xəstəxanaya aparılan Kondulaynenin beyin-qan dövranı kəskin şəkildə pozulduğu müşahidə olunmuş və aktrisanın nitqində də problemlər yaranmışdı.

Belə ki, Botkin adına xəstəxananın intensiv terapiya şöbəsində müalicə alan və səhhəti stabilləşən aktrisanın, başına yenidən qəza gəlib. Ötən gün xəstəxananın hamam otağında yıxılan aktrisanın qolu sınıb.

Hazırda vəziyyəti stabil olan Y. Kondulaynen həkim nəzarətindədir.

Ülviyyə Həsənqızı