Türkiyəli məşhur müğənni İrem Derici jurnallarda birinə müsahibəsi zamanı üç il əvvəl 40 kiloqrama qədər arıqlayaraq reanimasiyaya düşməsi barədə danışıb.

Open.az xəbər verir ki, anoreksiyadan əziyyət çəkən müğənni çətin anlar yaşadığını bildirib:

“Vəziyyətim pisləşəndə bunu özümə etiraf edə bilməmişdim. Məsələn, anoreksiya olduğum müddətdə çubuq kimi gəzirdim, ancaq özümü dünyanın ən gözəl insanı zənn edirdim. O dövrdə çox gözəl olduğumu iddia edirdim. Müalicədən sonra özümə gəldim və xəstə olduğumu qəbul etdim”.