Xəbər verdiyimiz kimi, 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı 11 yaşlı Gövhər Türkiyədə filmə çəkilib.

Open.az xəbər verir ki, məşhur türk müğənni Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Möcüzə 2 aşk” filminin fraqmanı yayımlanıb.

Real hadisələr əsasında çəkilən ekran işi 2019-cu ilin 1 mart tarixindən etibarən nümayiş etdiriləcək.

Filmin çəkilişləri Foça, İzmir və Qarsda olub. 7000 kostyumun hazırlandığı film üçün 4000 kvadratmetr dekorasiya qurulub və 7500 köməkçi aktyordan istifadə edilib.

Layihədə Mert Turak, Fikret Kuşkan, Biran Damla Yılmaz, Erdal Özyağcılar, Şenay Gürler, Sinan Çalışkanoğlu, Mahsun Kırmızıgül, Melis Sezen, Levent Sülün, Deniz Oral, Sera Tokdemir, Deniz Özerman, Meray Ülgen, Suna Selen, Erol Aksoy, Metin Yıldız, Nazmi Kırık, Zekeriya Karakaş, Hakan Can Kargidanoğlu, Dilek Denizdelen, Berivan Kahraman, Berna Sülün və Ali Sürmeli, Erol Demiröz, Meral Çetinkaya, Ayda Aksel kimi aktyorlar rol alıb.

Qeyd edək ki, “Mucize 1” filminin sujet xəttini 1960-cı ildə Mızgin adlı bir müəllimin İzmirdən şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, “Mucize 2” filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mızgin müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.

Gülnar Qafarlı