Dünyanı cənginə alan koronovirus film sektoruna güclü təsir edib.

Open.az xəbər verir ki, daha bir serialın final xəbəri yayılıb.

Türk televiziyasında yayımlanan "Göyərçin" serialında baş rolu ifa edən Mehmet Ali Nuroğlu virusun yayıldığı bir vaxtda çəkilişlərdə iştirak etməkdən imtina edib. Serialın baş rol ifaçısının ayrılması səbəbindən filmin yaradıcıları final qərarı veriblər.

Qeyd edək ki, film şirkəti serialın reytinqlərinin yaxşı olduğunu, amma aktyorun qəfil gedişi ilə final qərarı aldıqlarını açıqlayıb.

Ülviyyə Həsənqızı