Türkiyənin "Show TV" kanalında yayımlanan dəb verilişlərinin birində maraqlı anlar yaşanıb.

Open.az xəbər verir ki, sözügedən kanalda yayımlanan "Kuaförüm Sensin" verilişində stilist iştirakçıya xəbərdarlıq etmədən onun saçlarını kəsib. Model İlaydanın bu barədə məlumatsızlığı maraqlı anların yaşanmasına səbəb olub.

Saçlarının 30 santimetr kəsildiyini öyrənən qız özündən gedib. Studiyadakılar onu güclə özünə gətiriblər.

Bilal Ağın adlı stilist öz hərəkətinə haqq qazandırmaq üçün bunun xərçəng xəstəliyindən əziyyət çəkən qadınlara dəstək məqsədi ilə etdiyini söyləyib.

Stilistin bu hərəkəti sosial şəbəkələrdə etiraz doğurub. Tamaşaçılar modelin haqlı olduğunu bildirərək, stilisti qınayıblar.

Qeyd edək ki, adıçəkilən verilişin formatına görə stilistlər bir-biri ilə yarışaraq öz məharətlərini nümayiş etdirirlər.