Hülya Avşar ve Kaya Çilingiroğlu'nun qızı Zəhra karantin günlərində dəniz kənarında görüntülənib.

Open.az xəbər verir ki, bir neçə gün əvvəl Hülya Avşar və Kaya Çilingiroğlu da dəniz kənarında gəzərkən fotomüxbirlərin kameralarına tuş gəlmişdilər. Hər iki məşhur evdə qalmaq əvəzinə, idman etdiklərini və hərəkətsiz dayana bilmədiklərini demişdilər.

Qızları Zəhranın da valideynlərindən pis nümunə götürdüyünü yazan türk mətbuatı hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb.