Hindistanda yaşayan zərgər Kotti Srikanthın hazırladığı qızıl üzük Ginnesin Rekordlar Kitabına daxil edilib.

Open.az xəbər verir ki, üzərində 7 min 801 brilliant daş olan və 6 müxtəlif çiçəyin yarpaqlarına bənzədilən qızıl üzük 1 il ərzində ərsəyə gəlib.

Zərgər 2018-ci ilin sentyabr ayında üzüyü hazırlamağa başlayıb. 2019-cu ilin avqustunda möhtəşəm üzük hazır olub. Dünyada ən çox brilliant daşları olan üzük kimi Ginnesin Rekordlar Kitabına daxil edilən zərgərlik nümunəsi, Himalay dağlarında yetişən bir çiçəyin əksidir.

Ülviyyə Həsənqızı

Üzərində 7min 801 brilliant daş olan qızıl üzük Ginnesin Rekordlar Kitabında-FOTOÜzərində 7min 801 brilliant daş olan qızıl üzük Ginnesin Rekordlar Kitabında-FOTOÜzərində 7min 801 brilliant daş olan qızıl üzük Ginnesin Rekordlar Kitabında-FOTOÜzərində 7min 801 brilliant daş olan qızıl üzük Ginnesin Rekordlar Kitabında-FOTO