Türkiyənin məşhur simaları - Seda Sayan, Şeyma Subaşı, Seren Serengil, Seray Sever, Ebru Akel, və Seda Akgül cərimə edilib.

Open.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi tərəfindən cərimə olunan məşhurlara 104 min 781 TL məbləğində pul cəzası kəsilib.

Buna səbəb isə məşhur xanımların sosial media səhifələrindən "No Attack" adlı dərmanı reklam etmələri və həmin vasitənin "koronavirusdan da qoruyur" demələri olub.

Ticarət Nazirliyi pul cəzası kəsdiyi məşhurlara bildirib ki, Səhiyyə Nazirliyindən icazəsi alınmayan və virusa qarşı heç bir gücü olmayan dərman vasitəsini reklam etmək əslində böyük cəzadır.

Ülviyyə Həsənqızı

Türkiyəli məşhurlara korona cəzası- Cərimə edildilərTürkiyəli məşhurlara korona cəzası- Cərimə edildilər