Türkiyənin koronavirusa yoluxan Yeşilçam ulduzu Nuri Alço xəstəxanaya yerləşdirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı aktyorun vəziyyəti ağırlaşıb.

Aktyorun arvadı Burcu Sezginoğlu sosial media hesabında aktyora dəstəyini ifadə edib:

“Heraklım mənim. Sən mənim nəfəsimsən. Yaxşılaşmağına az qaldı, eşqim…”