Türk kinosunun sultanı adlandırılan Türkan Şoray 60 il əvvələ məxsus olan fotosunu paylaşıb.

Open.az xəbər verir ki, ilk dəfə 1960-cı ildə kamera qarşısına keçən ustad sənətkar, çəkiliş meydançasında, 15 yaşlı yeniyetmə Türkanın şəklini nümayiş etdirib.

60 il əvvələ məxsus olan foto "Köydə bir kız sevdim" filmindən çəkilib. Belə ki, Yeşilçamın görkəmli rejissoru Türker İnanoğlu və Memduh Ünün kəşf etdiyi 15 yaşlı Türkan, sənət həyatı boyu 222 filmə çəkilib.

Qeyd edək ki, Türkan Şoray dünya kinosunun tarixinə "Ən çox rol ifa edən kino aktrisası" kimi düşüb.

Ülviyyə Həsənqızı

Türkan Şorayın 60 ildən sonra paylaşdığı şəkil