Türkiyənin qüdrətli sənətkarı, Türk kinosunun yaşayan əfsanəsi Cüneyt Arkın sosial medianın aktiv istifadəçilərindəndir.

Open.az xəbər verir ki, görkəmli sənətkar, bu dəfəki paylaşımında kinoda ilk rolu olan "Gürbet Kuşları" filmindən çəkilmiş bir fotonu paylaşıb.

1963-cü ilə aid fotonu "Sıramı gözləyərkən" başlığı ilə paylaşan Cüneyt Arkına izləyicilərindən çox sayda bəyəni, tərif gəlib. İzləyiciləri sənətkarın paylaşımına "Bir əfsanənin doğuşu" şərhini yazıblar.

Ülviyyə Həsənqızı

Türk kinosunun canlı əfsanəsi-FOTO