Türk kinosunun Yeşilçam günlərindən tanınan, hər kəsin balaca "Sezercik" kimi sevdiyi Sezer İnanoğlunu indilərdə görənlər tanımaqda çətinlik çəkirlər.

Open.az xəbər verir ki, Sezer İnanoğlunun başı bu aralar keçmiş həyat yoldaşı ilə dərddədir. Belə ki, Sezer İnanoğlu keçmiş həyat yoldaşı Meral Baykasoğlu’nun vəkili Semra Yıldızı məhkəməyə verib.

Sezer İnanoğlunun sözlərinə görə keçmiş arvadının vəkili ona sənəd imzaladaraq, 465 min TL-ni ələ keçirib. Pulları fırıldaq yolu ilə mənimsəyən vəkil, daha sonra 465 min TL-ni bacısı Deniz Yıldızın hesabına yatırıb.

Sezer İnanoğlu aldadıldığını başa düşüb, məhkəməyə şikayət edib: "Mənə sənəd imzalatdılar. Amma qəbz vermədilər. Bu pulu məndən niyə və necə aldılar heç özümdə anlamadım. Haqsız yerə soyuldum. Pulumu istəyirəm. Haqqımı heç kimə yedirmərəm" deyən Sezer İnanoğlu, sonuna qədər bu davanı davam etdirəcəyini deyib.

Türk kinosunun balaca qəhrəmanının başına gələn böyük işlər-Keçmişdən bu günə

Türk kinosunun balaca qəhrəmanının başına gələn böyük işlər-Keçmişdən bu günə

Türk kinosunun balaca qəhrəmanının başına gələn böyük işlər-Keçmişdən bu günə