Müğənni Tuğba Ekinci xanım izləyicilərini özündən çıxarıb.

Open.az xəbər verir ki, masaja gedən müğənni xanımların masaj edə bilmədiyini və kişilərin bu işdə daha yaxşı olduğunu qeyd edib.

O, masaj işinin məhz kişilərə məxsus olduğunu bu sözlərlə dilə gətirib: “Bu nə gözəl bir masajdır. Bu necə masaj əlidir? Məncə qadınlar bu işi atsınlar. Kişilərin bu işdə mahir olduqları bəllidir. Ümumiyyətlə kişilər qadınlardan necə həzz alırlar? Bunu heç cür anlamıram”.