Məşhur rusiyalı repçi Timati ikinci dəfə ata olub.

Open.az xəbər verir ki, Timatinin oğlunu model Anastasiya Reşetova dünyaya gətirib. Bu barədə repçi "Instagram"da məlumat verib. O, oğlunun ilk fotosunu paylaşaraq “Yunusov Ratmir Timuroviç/ 16.10.2019, Moskva şəhəri” sözlərini yazıb.

A.Reşetova uzun müddət hamilə olduğunu boynuna almayıb. Model iyun ayında bunu təsdiqləyib.

Qeyd edək ki, Timatinin Alyona Şişkova adlı modeldən də Alisa adlı qızı var.