Dünyanın məşhur aktyoru Arnold Şvartsenegger tanınmış tibb mərkəzinə 1 milyon dollar bağışlayıb.

Open.az xəbər verir ki, dünyada koronavirus bəlasının davam etdiyi bir vaxtda məşhur aktyorun "Frontline Responders Dərnəyi"nə bağışladığı 1 milyon dollarlıq ianə yerinə düşüb. Belə ki, tanınmış tibb dərnəyi xəstəxanaları maska, önlük və digər ləvazimatlarla təmin edir. Məhz bu səbəbdən də dərnək üzvləri 5 milyon dollar toplamaq qərarına gəliblər.

Bunu eşidən A. Şvartsenegger dərnəyə böyük pul yardımı edib. Məşhur aktyor: "Belə günlərdə hər kəs bacardığı qəqər öz üzərinə düşən vəzifəni icra etməlidir. Bizim əsl qəhrəmanlarımız tibb işçiləri, həkimlərdir. Ona görə də onları qorumaq, gərəkli ləvazimatlarla onları zamanında təmin etmək lazımdır".

Məşhur aktyorun 1 milyon dollarlıq ianəsi belə ağır günlərdə həkimlərin və tibb personalının böyük rəğbətini qazanıb.

Ülviyyə Həsənqızı

Terminator