İş adamı Telman İsmayılovun Rusiyada olan mülkləri məhkəmə qərarı ilə satışa çıxarılıb.

Open.az xəbər verir ki, iş adamının sahib olduqları sırasına evləri, torpaq sahəsi, villalar və digər obyektlər daxildir.

İsmayılovun sahib olduqlarının ümumi qiyməti 404 milyon rubl (təxminən 10 milyon manat) dəyərindədir.

İlk olaraq satışa 300 kvadratmetr sahəsi olan beşotaqlı mənzil çıxarılıb. Ardından isə 349 kvadratmetr sahəsi olan ikimərtəbəli villanın satışı elan edilib.