Los-Ancelesdə Pop Smoke adlı reperi öldürüblər.

Open.az xəbər verir ki, səhər saatlarında reperin kirayə qaldığı evə hücum edən iki nəfər maskalı adam, Pop Smokeyə atəş açıb. 20 yaşlı reperi ağır yaralayan qatillər, onun öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk ediblər. Gənc reper xəstəxanaya aparılsa da, həkimlərin onun öldüyünü bildiriblər.

Hazırda qatillərin kimliyi və bu cinayəti nəyə görə etdikləri ilə bağlı polislər araşdırma aparır.

Qeyd edək ki, Pop Smoke 2019-cu ilin yayında debüt albomu olan "Meet the Woo" ilə musiqi dünyasına qədəm qoyub. Onun "Welcome to the Party" trekini 20 milyon adam izləyib.

Ülviyyə Həsənqızı

Tanınmış reperi güllələyiblər