Türkiyənin tanınmış müğənnisi Cenk Erenin başına iş gəlib.

Open.az xəbər verir ki, Cenkin avtomobilinin kiçik pəncərəsini sındıran oğrular, onun çantasını oğurlayıb. Müğənni səhər işə gedərkən avtomobilinin qarət olunduğunu görüb.

Cenk başına gələnləri videoya çəkib və ”İnstagram” hesabına yerləşdirib. Müğənni çantasında heç bir dəyərli əşya olmadığını açıqlayıb.