Türkiyənin tanınmış müğənnisi, Qaradəniz musiqilərinin mahir ifaçısı Volkan Konak ötən gün verdiyi konsert proqramında vəsiyyətini açıqlayıb.

Open.az xəbər verir ki, konsertin əvvəlində tamaşaçılara: "Bu gecə sizi əyləndirməyə gəlməmişəm. Ölkəmizin vəziyyətindən xəbərdarsınız. Türkiyədə baş verən son hadisələrdən sonra hər birimizin yüksək motivasiyaya ehtiyacımız var. Mən sizə ruh verməyə, mənəvi dayağ olmağa gəlmişəm" deyə ürək sözlərini bildirib.

Mahnılarını ifa edib, tamaşaçıları ilə söhbət edən Volkan Konak vəsiyyətini də açıqlayıb. 52 yaşlı müğənni deyib ki, vəfat edəndə torpağa gömülmək istəmir : "Məni sevənlərə vəsiyyətimi deyirəm. Məni torpağa gömməsinlər. Bütün bədənimi yandırıb, külümü qutuya qoysunlar. Sonra isə helikopterlə doğma Qaradənizin üzərindən külümü Trabzona və bütün Qaradənizə sovursunlar".

Qeyd edək ki, Türkiyənin daha iki sənətkarı - ötən il dünyasını dəyişən Yıldız Kenter və 2012-ci ildə vəfat edən Meral Okay da dünyadan köçəndə yandırılmalarını istəmişdilər. Amma hər iki sənət adamının istəyi yerinə yetilməyib. Onlar müsəlman adətlərinə uyğun olaraq, dəfn ediliblər.

Ülviyyə Həsənqızı

Tanınmış müğənni vəsiyyət etdi: Məni torpağa basdırmayın, bütün bədənimi yandırın

Tanınmış müğənni vəsiyyət etdi: Məni torpağa basdırmayın, bütün bədənimi yandırın