Rusiyanın estrada müğənnisi, aparıcı və aktrisa Olqa Buzova səhnədən yerə yıxılıb.

Open.az xəbər verir ki, Bryanskda konsert verən gənc müğənni, konsert zamanı fanatlarının üzərinə atılıb. Bunu sevgi jesti kimi həyata keçirən müğənni düşünüb ki, fanatları onu əlləri üstündə tutacaqlar.

Amma O.Buzovanın "xəyalları suya düşüb". Belə kimi fanatları müğənninin səhnədən tullandığını görəndə kənara çəkiliblər. Olqa Buzova yerə çırpılıb. Ağır zədə almasa da, tamaşaçılarından bərk inciyən müğənni bildirb ki,: "Mənə ağır gələn odur ki, yıxılanda heç kim mənə kömək etmədi. Sadəcə, baxıb gülürdülər"

Qeyd edək ki, Olqa Buzova 1986-cı ildə anadan olub. Rusiyada tanınmış aparıcı, aktrisa, müğənni kimi tanınır.

Olqa Buzova 2020-ci il Avroviziya müsabiqəsində Rusiyanı təmsil etmək istəyir.

Ülviyyə Həsənqızı

Tanınmış müğənni səhnədən yerə yıxılıbTanınmış müğənni səhnədən yerə yıxılıb