Dünyaca məşhur model Liza Brito qalmaqal yaradacaq açıqlama verib.

Open.az xəbər verir ki, model dünyaca məşhur futbolçu Neymarla bir gecə keçirtdiyini etiraf edib.

O, dostlarının xahişi ilə Neymarın qaldığı hotelə dəvət olunduğunu dilə gətirib: "Biz Neymarla bir gecə keçirtmişik. Dostlarımla Parisdəydim. Sonra Neymarın yaxın dostu bizi hotelə çağırdı. Çox əyləndik. Bir-birimizə uyğun gəlirdik. Daha sonra döymələrimiz haqda danışmağa başladıq. O gecə çox gözəl idi. Neymarla yenidən görüşmək istəyərəm".


Tanınmış model - Neymar məni gecə hotelinə dəvət etdi