Tanınmış Türk aktrisası Cevahir Turan, təyyarədə tanış olduğu Arman Yıldızla evlənib.

Open.az Habeler.com-a istinadən xəbər verir ki, "İnadına aşk" serialı ilə şöhrətə qovuşan Cevahir Turan, keçən il səfər zamanı təyyarədə tanış olduğu Arman Yıldız adlı şəxslə nikah masasına əyləşib. Aktrisa bu xəbəri İnstaqram hesabından izləyiciləriylə paylaşıb. Nikah mərasimindən çəkilən fotoları paylaşan Cevahir Turan, "Artıq istədiyim kimi döyəsmmi?" şərhini yazıb.

Cütlük yanvar ayının 19-da ailə və yaxln dostların iştirakı ilə toy mərasimi keçirməyi planlaşdırır.

CEVAHİR TURAN kimdir?

Cevahir Turan 5 iyun 1988-ci ildə İstanbulda anadan olub. 12 yaşında, ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Orta təhsilini bitirdikdən sonra, İnholland Universiteti Sosial-İqtisadiyyat Fakültəsində təhsilini davam etdirib.

Məzun olduqdan sonra ikinci təhsil olaraq Amsterdam Universitetində dram fakültəsində təhsil almağa başlasa da təhsilini yarımçıq qoyub Türkiyəyə yerləşib. Hazırda Musiqili və Haliç Konservatoriyasında İstanbul Universitetinin Dövlət Konservatoriyasında magistr dərəcəsi alır. Almaniyada və Hollandiyada müxtəlif reklamlar, qısa filmlər və teatr tamaşalarında iştirak edib.