Türkiyənin tanınmış teatr və kino aktrisası Asuman Dabak, müğənniliyə başlayıb.

Open.az xəbər verir ki, 50 yaşlı aktrisa "Hayat Bi" adlı mahnısına klip çəkdirmək üçün Bali adasını seçib.

İfa etdiyi ilk mahnı və klipin çəkilişləri zamanı maraqlı anlar yaşanıb. Belə ki, tropik təbiəti ilə seçilən Bali adasında piton ilanı ilə öpüşən aktrisa, həmin fotoları sosial mediadan nümayiş etdirib.

Qeyd edək ki, aktrisanın klip çəkilişləri pandemiyadan əvvəl baş tutub.

Tanınmış aktrisa ilk klipinin çəkilişində ilanla öpüşdü-FOTO


Tanınmış aktrisa ilk klipinin çəkilişində ilanla öpüşdü-FOTO