Türkiyənin sevilən aktrisası Fahriye Evcen haqda şaiyələr yayılıb.

Open.az xəbər verir ki, onun "donuz qripi"nə yoluxduğuna dair iddialar gündəm yaradıb.

Bu haqda aktrisanın əri, məşhur aktyor Burak Özçivit mətbuata məlumat verib:

"Söz-söhbətlər yalandır. Fahriye sadəcə soyuqlayıb. Ona görə özünü halsız hiss edir", - deyə Burak jurnalistlərə açıqlamasında bildirib.