Bir zamanlar "Doktorlar" serialı ilə məşhurlaşan, aktrisa Yasemin Özilhan son zamanlar durmadan idmanla məşğul olur.

Open.az xəbər verir ki, aktrisanın idmana olan marağını görən izləyiciləri: "Növbəti "Survivor"da iştirak edəcəksinizmi? "sualı ilə müraciət ediblər. Yasemin Özilhanın cavabı isə marağa səbəb olub. Aktrisa: "Survivor"a gedəcəyimə, hər gün idman edərəm. Mənim oralarda işim olmaz" deyib.

Xatırladaq ki, son dəfə "Mucize Doktor" serialında qonaq aktyor kimi çıxış edən Yasemin Özilhan İzzet Özilhanla ailə qurub, övlad sahibi olduqdan sonra sənətdən uzaqlaşıb.

Survivor