Qurban bayramı münasibətilə türkiyəli məşhurlar Akdeniz və Ege bölgələrinə axın ediblər.

Open.az xəbər verir ki, dəniz, günəş və sarı qum, məşhurlara virusu unutdurub.

Sosial məsafəni gözləməyən, maska taxmayan bir qrup məşhur bir araya gələrək, əylənib. Bütün bunlar azmış kimi birlikdə əyləndikləri fotoları sosial media hesablarından da paylaşıblar. Onların paylaşımları isə sadə xalq, əhali arasında tənqidlə qarşılanıb.

Fotolarda Özge Özpirinçci, Cansu Dere, Birkan Sokullu, Tanem Sivar ve Yalın və başqlarını görən izləyicilər: "Məşhurlara korona bulaşmır? Qaydaları niyə pozursunuz? Başqalarına pis örnək olursunuz..." və.s. kimi şərhlər yazaraq, tanınmışları qınayıblar.

Ülviyyə Həsənqızı

Sosial məsafəni gözləməyən, maska taxmayan məşhurlar tənqid olundu