Son günlər Türkiyənin müxtəlif istirahət məkanlarında konsert proqramı ilə çıxış edən Sibel Can Mayamidə olan evinin satılması ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, Qurban Bayramı münasibətilə Antalyada konsert verən Sibel Canı, Hava Limanında görən müxbirlər: "Deyirlər , pandemiyadan sonra Mayamidəki evinizi satışa çıxarmışınız?" deyə soruşublar.

Sibel Can Mayamidəki evini satır?

Sibel Can isə : "Belə bir şey yoxdur. Evimi satmıram. Nə Amerikada, nə də Türkiyədə olan evlərimi satmaq fikrində deyiləm. Avqustun 14-də yeni albomum çıxacaq. Əsl xəbər bax, budur!" söyləyib.

Qeyd edək ki, xeyli çəki itirən Sibel Canın Hermes markalı çantası və yay ayaqqabısı müxbirlərin gözündən yayınmayıb.

Sibel Can Mayamidəki evini satır?