Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı, özünə aid bir marka ilə tekstil sektoruna daxil olub.

Open.az xəbər verir ki, yeni işində həyəcanlı olduğunu deyən Şeyma, 2020-ci ilin payız-qış kolleksiyasına aid məhsulların bitdiyini söyləyib.

Yaxın günlərdə öz markasına aid məhsulları satışa çıxaracağını deyən Şeyma Subaşı üzərində olan bütün geyimlərin də ona məxsus olduğunu vurğulayıb.

Müxbirlərin diqqətini Şeymanın geyindiyi tərliklər çəkib. Balıq tərlikləri ilə olay olan Şeyma Subaşı: "Tərliklərimlə eşq yaşıyıram" deyərək, zarafatından da qalmayıb.

Şeyma Subaşının balıq tərlikləri olay oldu-FOTO