Bir neçə gün əvvəl sevgilisi Deniz Bulutsuzu döyərək, xəstəxanalıq edən, tanınmış türk aktyoru Ozan Güven səssizliyini pozub.

Open.az xəbər verir ki, məhkəməyə verilən aktyor, bu gün sosial mediadan açıqlama yayıb. "Şiddət heç bir vicdanda aklanmaz" deyən Ozan Güvenin açıqlaması hər kəsdə sual yaradıb. Belə bir əməlin sahibinin bu şəkildə sakit açıqlama yayması və özünü günahkar saymadığı yazdığı cümlələrdən hiss edilir.

Ozan Güven hər kəsi məhkəmənin sonunu gözləməyə çağırıb və ədalət istədiyini bildirib. Tamaşaçılarına isə : "Mən səbr edirəm, lütfən siz də səbr edin" deyən aktyorun üzrü qəbahətindən böyük olub.

Ülviyyə Həsənqızı


Sevgilisini döyərək, ictimai qınağa tuş gələn Ozan Güvən açıqlama yaydı: Mən səbr edirəm


Sevgilisini döyərək, ictimai qınağa tuş gələn Ozan Güvən açıqlama yaydı: Mən səbr edirəm, siz də...