Rusiyanın məşhur mahnı yarışması "Səs"in iştirakçısı Aleksey Safiulin ölüb.

Open.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, yarışmanın ulduzu iyunun 9-da evindəki vanna otağında ölü tapılıb.

Onun ölüm səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, ifaçının 44 yaşı olub. O, ailəli olub və 2 uşağı var. Safiulin "Mariinskiy" teatrında və Moskva filarmoniyasında işləyib.

Gülnar Qafarlı