Son günlər Cem Yılmazla yaşadığı eşq macərasını bitirdiyi deyilən aktrisa Serenay Sarıkaya sosial media hesabından yeni foto paylaşıb.

Open.az xəbər verir ki, olanlar da bu fotonun paylaşımından sonra baş verib. Serenayın fotosunu 492 min izləyici bəyənib. Fotonu bəyənib, şərh yazanlardan biri də aparıcı Seren Serengil olub.

Seren Serengil hamını şübhəyə salan şərh yazıb. Belə ki, Serengil: "Serenaya bir hamilə gözəlliyi gəlib. Mən bu gülüşü yaxşı bilirəm. Mənim də hamilə olanda çəkilmiş belə bir şəklim var idi. Kaş ki, Serenay hamilə olsa..." deyib.

Serendən Serenaya: Üzünə hamilə gözəlliyi gəlib