Serenay Sarıkaya və Cem Yılmazın sevgili olması xəbəri Türkiyə maqazin gündəmini zəbt edib.

Open.az xəbər verir ki, sonuncu dəfə Afinada C.Yılmazla birlikdə görüntülənən S.Sarıkaya jurnalistlərə açıqlamasında sevgi münasibətini təsdiqləyib.

Məsələ ilə bağlı danışan aktyorun eks-sevgilisi Defne Samyeli isə jurnalistlərdən üzr istəyib və aldadıldığın işarə vurub:

"Oktyabrda onlarla bağlı xəbərlər çıxan zaman sərt sözlər yazmışdım. Amma indi anlayıram ki, bu informasiyanı yayanlar işinə hörmət edən insanlardır. Mən bilmirmişəm. Görməmişəm, ehtimal belə verməmişəm. Heç yaraşdırmamışam. Məni bağışlayın. Daha çox danışmağım mənə yaraşmaz".

C.Yılmazın eks-həyat yoldaşı Ahu Yağtu isə məsələ ilə bağlı danışmaqdan boyun qaçırıb.

Qeyd edək ki, S.Sarıkaya 28 yaşında, C.Yılmaz isə 46 yaşındadır. Onların aralarındakı yaş fərqi də sosial mediada müzakirə olunur.