Bir müddətdir eşq yaşadıqları iddia olunan aktrisa Serenay Sarıkaya və şoumen Cem Yılmazın sevgili olduqları təsdiqlənib.

Open.az xəbər verir ki, bu barədə Serenay hava limanında jurnalistlərin suallarını cavablandırarkən etiraf edib:

“Hər şey gördüyünüz kimidir. Orada bir az işlərim var idi, ona görə gec gəlməli oldum”.

Qeyd edək ki, onlar bir neçə gün əvvəl Yunanıstana istirahətə getmişdilər. Cütlük bir müddətdir sadəcə dost olduqlarını bəyan edirdi.