Müğənni Serdar Ortaç koronovirus testindən keçmək üçün təcili xəstəxanaya gedib.

Open.az xəbər verir ki, taksi ilə xəstəxanaya gedən Serdar Ortaç virusdan şübhələndiyini deyib. Həkimlər müğənninin hərarətini ölçüb, qan testləri ediblər.

Amma müğənninin hərarəti normada olub və testlərin cavabı da neqativ çıxıb.

Çox sevinən Serdar Ortaç: "Mənim kimi özündən şübhəyə düşənlər varsa, təcili xəstəxanaya gəlib, testdən keçsinlər. Qorxmayın, addım atın!" deyə sevilən müğənni fikirlərini bu şəkildə etiraf edib.

Ülviyyə Həsənqızı