“Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Bütün türklər hamımız beləyik”.

Open.az xəbər verir ki, bu sözləri Serdar Ortaç deyib.

İfaçı aparıcı Samir Bayramlının Qarabağ döyüşləri haqda suallarını cavablandırıb:

“Qarabağ getdi, Azərbaycan 30 il gözlədi, səbr etdi. Heç nə demədi. İndiki vəziyyətdə müharibə doğrudur. Yetər! Madam ki, sən danışmağı bacarmırsan, təbii ki, müharibə olacaq. Çünki ora bizim torpaqdır. İnşallah, müharibə bitər. Təkrar Qarabağ Azərbaycana qayıtsın, azad olunsun, orada ilk konserti özüm verəcəm!”.