Müğənni Serdar Ortaçın həyat yoldaşı Kloe Loughandan boşanması xəbərləri gündəmdən düşmür.

Open.az xəbər verir ki, cütlüyün boşanma səbəbinin Kloeninin övladını abort etdirməsinə dair iddialar yayılıb.

Bu haqda "Gel Konuşalım" verilişinin aparıcısı Eylem İpek Şafak məlumat verib.

O, Serdarın həyat yoldaşının bu əməlindən xəbərsiz olduğunu dilə gətirib.