Dünyaca məşhur müğənni Selena Gomezin səhhətində problemlər ortaya çıxıb.

Open.az xəbər verir ki, eks sevgilisi Castin Biberin evlənməsindən sonra depressiyaya düşən Selena hazırda əqli problemləri ilə bağlı xəstəxanaya müraciət edib.

26 yaşlı müğənni iki həftə müddətində iki dəfə xəstəxanaya aparılıb.

Selenanın son zamanlarda xüsusi ilə həssaslaşdığı və hər şeyə reaksiya verdiyinə dair xəbərlər yayılıb.